Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.07.2026 / Xəbərlər

Şəmkirdə “Gənclər arasında dini maarifçilik: ənənəvi dəyərlər və rəqəmsal platformalar” mövzusunda regional konfrans keçiriləcək

İyulun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şəmkir rayonunda “Gənclər arasında dini maarifçilik: ənənəvi dəyərlər və rəqəmsal platformalar” mövzusunda regional konfrans keçiriləcək.

Tədbirdə Dövlət Komitəsinin, Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrlərinin iştirakı gözlənilir.

Konfransın keçirilməsində məqsəd gənclər arasında dini maarifçiliyin gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, rəqəmsal platformalarda yayılan dini məlumatlara tənqidi yanaşma bacarıqlarının formalaşdırılması və sağlam dini düşüncənin təşviq edilməsidir. Bununla yanaşı, tədbir gənclərin dini məsələlərə elmi və obyektiv yanaşmasının dəstəklənməsinə, dini radikalizm, ekstremizm və dezinformasiyanın yaratdığı risklər barədə məlumatlılığın artırılmasına, eləcə də etibarlı informasiya mənbələrinin seçilməsi vərdişlərinin inkişaf etdirilməsinə xidmət edir.

Konfrans çərçivəsində “Dini maarifləndirmə işində müasir yanaşmalar və prioritetlər” və “Gənclər, sosial media və milli-mənəvi dəyərlər” mövzuları üzrə panel müzakirələrin təşkili, eyni zamanda din xadimləri üçün təlimin keçirilməsi nəzərdə tutulur.