Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.02.2022 / Xəbərlər

Şəmkirdə "Erkən nikah və ona qarşı mübarizə yolları" mövzusunda tədbir keçirilib

Fevralın 22-də Şəmkir rayon Düyərli kənd 1 saylı tam orta məktəbində "Erkən nikah və ona qarşı mübarizə yolları" mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ruhid Hacıyev, Rayon Təhsil Şöbəsinin nümayəndəsi Amil Alıyev, Rayon Polis Şöbəsinin məsul əməkdaşı Amil Abbasov, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlarda bildirilib ki, erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Qeyd edilib ki, əksər ölkələrin qanunvericiliyinə əsasən nikaha daxil olma yaşı kimi 18 qəbul olunsa da, bu qanunlar əksər hallarda pozulur. Çünki erkən nikahların tətbiqi ənənələr və sosial normalarla dəstəklənir.