Şəkidə "Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları" mövzusu müzakirə olunub
Oktyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Şəki şəhərində “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları" mövzusunda seminar keçirilib. Seminarda DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov, dini icma sədrləri, din xadimləri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı ölkəmizdə mövcud olan nümunəvi dövlət-din münasibətləri haqqında ətraflı məlumat verilib, gənclərin dini radikalizm və dini ekstremizm barəsində məlumatlı olmasının vacibliyi vurğulanıb. Qeyd edilib ki, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar qardaşlıq, dostluq və qarşılıqlı hörmət şəraitində yaşayırlar.
