Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.06.2022 / Xəbərlər

Şəkidə “Milli dövlətçiliyin möhkəmlənməsi Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusu müzakirə olunub

İyunun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki  bölgəsi üzrə şöbəsi və Mərkəzi Cümə məscidinin nəzdində fəaliyyət göstərən Şəki Mərkəzi Qız Quran kursunun birgə təşkilatçılığı ilə Şəki şəhərində “Milli dövlətçiliyin möhkəmlənməsi Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Minarə Calalzadə, kursun müəllim və tələbələri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. Ölkəmizdə mənəvi dəyərlərimizin qorunması və inkişafında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz xidmətləri vurğulanıb. Azərbaycançılıq ideologiyası və onun mahiyyəti haqqında məlumat verilərək bildirilib ki, bu ideologiyanın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu ideologiya cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha sonra milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən danışılıb.

 Sonda tədbir iştirakçılarına “Heydər Əliyev və Azərbaycançılıq” adlı sənədli filmi təqdim olunub.