Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.09.2022 / Xəbərlər

Şəkidə "Dini radikalizm və ekstremizmin təhlükələri" mövzusu müzakirə olunub

Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanlar İdarəsinin bölgə üzrə qazılığının birgə təşkilatçılığı ilə Şəki şəhər Mərkəzi Cümə məscidində “Dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın əməkdaşı Saleh Məmmədov, Qafqaz Müsəlmanlar İdarəsinin qazısı Kamran Məmmədov və din xadimləri iştirak ediblər.

Çıxışlar zaman dini radikalizmin və ekstremizmin mahiyyətindən, törədə biləcəyi fəsadlardan bəhs olunub. Həmçinin qeyd edilib ki, istənilən ölkədə dini radikalizm və ekstremizmin əhatə dairəsinin genişlənməsi həmin ölkədə ictimai-siyasi sabitliyi poza, milli təhlükəsizlik risklərini artıra bilər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.