“Şəhidlər : milli – mənəvi dəyər kimi “ mövzusunda onlayn seminar keçirilib
Sentyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin, Hacıqabul rayon Gənclər və İdman İdarəsinin , rayon Mədəniyyət evinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Şəhidlər : milli – mənəvi dəyər kimi “ mövzusunda onlayn seminar keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşları Alpay Şərifli və Sadiq Məmmədov, rayon Gənclər və idman idarəsinin müdiri Saleh Ələskərov, Təhsil şöbəsinin müdiri Bəxtiyar Ələkbərov, Mədəniyyət evinin və adı çəkilən idarələrin əməkdaşları, eyni zamanda gənclər və Vətən müharibəsi qaziləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Alpay Şərifli bildirib ki, şəhidlər ölməzdir, onlar daim bizim qəlbimizdə yaşayacaq. I və II Qarabağ müharibələrində, 20 Yanvar hadisələrində də biz xalqımızın necə vətənpərvər olduğunun şahidi olduq. Əsgər və zabitlərimiz Vətən müharibəsində ölümü gözə alıb, ancaq bir amal uğrunda – torpaqlarımızın azadlığı və bütövlüyü üçün qəhrəmancasına vuruşdular.
Daha sonra rayon Gənclər və İdman İdarəsinin rəhbəri Saleh Ələskərov, Təhsil şöbəsinin əməkdaşları, rayon gənclərindən Elnur Nuriyev mövzu ilə bağlı öz fikirlərini bildiriblər. Qeyd olunub ki, xalq olaraq müharibədən sonrakı dövrdə də birlik nümayiş etdirməli və bir bayraq altında birləşməliyik. Tədbir iştirakçıları, həmçinin Azərbaycan gənclərinin mənəvi-əxlaqi və yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu vurğulayıblar. Məhz bu vətənpərvərliyin 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədə böyük rolunun olduğu diqqətə çatdırılıb.