Samuxda "Narkomaniya, erkən nikah, dini radikalizmə qarşı mübarizə" mövzusu müzakirə edilib
İyunun 10-u Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbində "Narkomaniya, erkən nikah, dini radikalizmə qarşı mübarizə" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, rayon Polis şöbəsinin nümayəndəsi, İlqar Verdiyev və məktəb şagirdlərinin valideynləri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlər gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, narkomaniyanın fəsadları haqqında düzgün təsəvvür formalaşdırmaq, radikal dini təriqətlərə meyllərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşıyır.
