Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.06.2022 / Xəbərlər

Şagirdlərlə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib

İyunun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsi, Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Prokurorluğunun  birgə  təşkilatçılığı ilə  rayonun 312 saylı tam orta məktəbində “Narkomaniyaya  qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, Nizami Rayon Prokurorluğunun əməkdaşları Şəlalə Rüstəmova, Fərid Hüseynov və məktəbin müəllim və şagirdləri  iştirak ediblər.

Tədbir zamanı çıxış edənlər müasir dünyanın ağır bəlasına çevrilən narkomaniyanın insan saglamlığı və cəmiyyət üçün zərərlərindən, narkotik vasitələrə yaranan asılılıqdan, eyni zamanda, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən danışıblar. Bildirilib ki, ölkə başçısı cənab İham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə  təsdiq edilən “Narkomanlığa qarşı mübarizəyə dair “2019–2024-cü illər üçün Dövlət Proqramı”” bu istiqamətdə fəaliyyətin həyata keçirilməsində əsas rol oynayır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.