Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.09.2022 / Xəbərlər

Şabranda maarifləndirmə tədbiri keçirilib

Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Ombudsmanın Şimal Regional Mərkəzi və Şabran Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Şabran şəhər Heydər Əliyev Mərkəzində “Birgəyaşayış və tolerantlığın Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Ombudsmanın şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Şabran RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vasif Əhmədov, təhsil, mədəniyyət işçiləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.  

Çıxış edənlər ölkəmizdə hökm sürən nümunəvi dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunu qeyd ediblər. Natiqlər bu sahədə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideyası fonunda birgəyaşayış ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Həmçinin Azərbaycanda dünyaya nümunə ola biləcək tolerantlıq ənənələrinin mövcud olduğu və ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin azad şəraitdə yaşadığı vurğulanıb.

 Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.