Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.06.2022 / Xəbərlər

Şabranda “İnsan hüquqları: dini etiqad azadlığı” mövzusunda dəyirmi masa təşkil olunub

İyunun 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Şabran Rayon İcra Hakimiyyəti (RİH), İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzi və Şabran rayon Gənclər və İdman İdarəsinin (Gİİ) birgə təşkilatçılığı ilə Şabran şəhəri Heydər Əliyev Mərkəzində İnsan Hüquqları Aylığı çərçivəsində “İnsan hüquqları: dini etiqad azadlığı” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə bölgə üzrə şöbə müdiri Eynulla Nurullayev və şöbənin əməkdaşları, Şabran RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin nümayəndəsi Fərid Bağırzadə, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Şabran rayon Gİİ rəisi Süleyman Əliməmmədov, “Xıdır-Zində” məscidinin imamı Rahib Mövsümov, ziyalılar və gənclər iştirak edib.

Çıxış edənlər bildiriblər ki, ölkə rəhbərliyinin müvafiq Sərəncamına uyğun olaraq hər il may və iyun aylarında “İnsan Hüquqları aylığı” çərçivəsində müxtəlif formatlı tədbirlər həyata keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu baxımdan öz profilinə uyğun şəkildə maarifləndirmə işi aparmaqdadır. Belə ki, komitənin yerli şöbəsinin tədbirlər planına uyğun olaraq dislokasiyaya daxil olan rayonlarda müxtəlif səpkili tədbirlər həyata keçirilib. O da qeyd olunub ki, ölkəmizdə insanların inanc azadlığı maksimum səviyyədə qorunur və öz etiqadlarına uyğun inanclarını həyata keçirməkdə azadlıqları təmin olunur.

Dəyirmi masa qarşılıqlı müzakirələrlə işini yekunlaşdırıb. İştirakçılara DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş maarifləndirici dini ədəbiyyat paylanılıb.