Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.09.2022 / Xəbərlər

Sabirabadda maarifləndirmə tədbiri keçirilib

Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, QMİ-nin Sabirabad rayonu üzrə nümayəndəliyi və Sabirabad rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Sülh Aylığı: dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmi” mövzusunda  tədbir keçirilib. 

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Cəfərsadiq Cəfərli, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, din xadimləri və dini icma sədrləri iştirak ediblər. 

Çıxışlarda dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmindən bəhs olunub. Ölkəmizdə tolerant mühitin mövcud olduğu, müxtəlif  dini konfessiyalarin sərbəst fəaliyyət göstərdiyi vurğulanıb. Eyni zamanda, multikulturalizm siyasətinin dövlət səviyyəsində həyata keçirildiyi və xalqımızın həyat tərzi olduğu diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.