Sabirabadda “Gənclər arasında erkən nikah hallarına qarşı mübarizə” mövzusunda tədbir keçirilib
Noyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, rayon Gənclər və İdman İdarəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyindəki rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclər arasında erkən nikah hallarına qarşı mübarizə” mövzusunda onlayn formatda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, Sabirabad Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, rayonun idarə və təşkilatlarının məsul şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda erkən nikahın yaratdığı fəsadlardan danışılıb. Uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması hər zaman dövlətimiz üçün prioritet məsələ olduğu qeyd edilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.
