Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.01.2023 / Xəbərlər

Sabirabadda din xadimləri və dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib

Yanvarın 9-da  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Sabirabad Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Sabirabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə dini icmaların 2022-ci il üçün yekun hesabatı və cari ildə görüləcək işlərə həsr olunmuş iclası keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Cəfərsadiq Cəfərli, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Əliabbas Həsənov, din xadimləri və  dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda dini icmaların ötən ilin yekun hesabatı və 2023-cü ildə görüləcək işləri müzakirə olunub, din xadimlərinə və dini icma sədrlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.