Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.11.2024 / Xəbərlər

Sabirabadda “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda tədbir təşkil olunub

Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Sabirabad Rayon İcra Hakimiyyəti və QMİ-nin Sabirabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Cəfərsadiq Cəfərli, Sabirabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Əliabbas Həsənov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, din xadimləri və dini icma sədrləri iştirak ediblər. 

Çıxışlarda qeyd edilib ki, Azərbaycan bayrağı qəhrəmanlarımızın bizə əmanət etdiyi ən böyük, ən qiymətli yadigarıdır. Vurğulanıb ki, Dövlət Bayrağı millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının təcəssümüdür.

Tədbir müzakirələrlə davam etdirilib.