Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.10.2021 / Xəbərlər

Saatlıda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib

Oktyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı  Rayon İcra Hakimiyyəti və  rayon Gənclər və İnkişaf Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə pandemiya qaydalarını gözləməklə S.Vurğun adına 1 nömrəli tam orta məktəbdə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı RİH başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Mehriban Ağayeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Gülnar Babaşova, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki,  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz düşmən üzərində parlaq qələbə qazandı və torpaqlarımız işğaldan azad olundu. Bu qələbənin şəhidlərimizin qanı və qazilərimizin igidliyi hesabına əldə edildiyi vurğulanıb.

Daha sonra  44 günlük Vətən müharibəsindən bəhs edən videoçarx nümayiş olunub.