Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.09.2022 / Xəbərlər

Saatlıda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib

Sentyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon Gənclər və İdman Idarəsi və rayon peşə liseyinin birgə təşkilatçlığı ilə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Cəfərsadiq Cəfərli, Saatlı rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, peşə liseyinin direktoru Elxan Əzizəliyev, müəllim və şagirdlər iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən bəhs olunub, Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolundan danışılıb. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun düşmən üzərində parlaq qələbə qazandığı və torpaqlarımızın azad olunduğu vurğulanıb.