Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.02.2022 / Xəbərlər

Saatlıda “Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır” mövzusu müzakirə edilib

Fevralın 16-da Saatlı rayonunda “Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır” mövzusunda maarifləndirici  tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru  Sürayyə  Zeynalova,  "Saatlı Gənclər Evi" sosial xidmət müəssisəsinin əməkdaşı Anar Səfərxanlı, Seyidlər kənd ümumi orta məktəbinin müəllimləri və şagirdləri iştirak ediblər.  

Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Qeyd edilib ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir. 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.