Saatlıda "Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır" mövzusunda tədbir keçirilib
Martın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon Gənclər və İdman İdarəsi və Saatlı rayonu "Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə Saatlı şəhər 2 saylı tam orta məktəbində "Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Əmrah Əhmədov, “Saatlı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin əməkdaşı Anar Səfərxanlı, Saatlı şəhər 2 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı bəşəriyyət və cəmiyyətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya qarşı mübarizənin vacibliyi qeyd edilib. Daha sonra çıxış edənlər ölkə Prezidentinin müvafiq tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn mübarizə tədbirlərinin uğurla həyata keçirildiyini bildiriblər Tədbirdə əsrin bəlasına çevrilən narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə maaarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



