Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.05.2022 / Xəbərlər

Saatlıda maarifləndirmə tədbiri keçirilib

Mayın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Saatlı rayonu üzrə  nümayəndəliyi, rayonun “Gənclər Evi” sosial xidmət müəssisəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Narkomaniyaya yox, erkən nikah və dini radikalizmə qarşı mübarizə” mövzusunda  maarifləndirici tədbir keçirilib. 

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı RİH-in nümayəndəsi Mehriban Ağayeva,  Gənclərin İnkişaf və Karyera Mərkəzinin Saatlı rayonu üzrə nümayəndəliyinin rəhbəri Gülnar Babaşova, rayonun Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aida İbrahimova, rayon “Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Aqşin Məmmədov, rayon Orta Muğan kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı narkomaniya, dini radikalizm, erkən nikahın fəsadları barədə danışılıb. Narkomaniya, erkən nikah və dini radikalizmə qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığı vurğulanıb. Eləcə də bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd olunub.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.