Saatlıda “Gender bərabərliyi-insan hüquqları” mövzusunda tədbir keçirilib
Dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyyəti, rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gender bərabərliyi-insan hüquqları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, təşkilatçı qurumların nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Ölkəmizdə insan hüquq və azadlıqlarının tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsinin daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu qeyd olunub. Bildirilib ki, Azərbaycan qadın hüquqlarını və gender bərabərliyini dəstəkləyən bir sıra konvensiyalara qoşulub.