Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.10.2021 / Xəbərlər

Saatlıda “Azərbaycanın dövlət müstəqilliyinin bərpası - 30: dəyərlərimizin təminatı" mövzusu müzakirə olunub

Oktyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon Gənclər və İnkişaf Karyera Mərkəzi, Saatlı  Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı  ilə pandemiya qaydalarını gözləməklə “Azərbaycanın dövlət müstəqilliyinin bərpası - 30: dəyərlərimizin təminatı" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı Rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Gülnar Babaşova, Saatlı  Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, rayon Mərkəzi Kitabxanasının kollektivi, eləcə də gənclər iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki,  Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı sahəsindəki əvəzsiz xidmətlərindən, həmçinin Prezident İlham Əliyevin apardığı uğurlu siyasətdən bəhs olunub. Qeyd edilib ki,  dövlət başçısının son illərdə həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmiz siyasi, iqtisadi və hərbi cəhətdən dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib.