Saatlıda 44 günlük Vətən müharibəsində əldə edilən qələbədən danışılıb
Sentyabrın 28-də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olumuş onlayn formatda videokonfrans keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Aqşin Məmmədov, Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aida İbrahimova, “Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşları və gənclər iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər mövzunun əhəmiyyətindən danışıblar. Çıxışlarda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən, tarixi ədalətin bərpa edilməsindən bəhs edilib.
Sonda iştirakçıları maraqlandıran sullar cavablandırılıb.

