Saatlıda "31 mart - bəşəriyyətə qarşı tarixi cinayət” mövzusunda tədbir keçirilib
Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin "31 mart - bəşəriyyətə qarşı tarixi cinayət” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı "Gənclər Evi" sosial xidmət müəssisəsinin əməkdaşı Anar Səfərxanlı, şəhər V.Əsgərov adına 4 nömrəli tam orta məktəbin müəllimləri, şagirdlər və gənclər iştirak ediblər.
Çıxışlar zamanı 1918-ci ilin mart soyqırımının öz amansızlığına, qəddarlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı cinayət aktlarından biri olduğu qeyd edilib. Bildirilib ki, erməni terror birləşmələrinin 1918-ci il 30 mart-3 aprel tarixlərində təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə dinc Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla həyata keçirdiyi soyqırımı nəticəsində minlərlə günahsız soydaşımız öldürülüb. 31 mart hadisələrinə siyasi-hüquqi qiymət məhz 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən verililib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
