Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.03.2024 / Xəbərlər

Ramazan ayının başlaması ilə əlaqədar bölgələrdə silsilə tədbirlər keçirilib

Ramazan ayının başlaması ilə əlaqədar respublikamızın bölgələrində silsilə tədbirlər keçirilib.

Lənkəran rayonunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Emin Həmidli, Səyyad Babakişiyev, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Cavad Miriyev, QMİ-nin səlahiyyətli nümayəndəsi, qazı Qəni Axundzadə, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
***
Goranboy rayonunda baş tutan tədbirdə isə Dövlət Komitəsinin  Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, QMİ-nin Qazılar Şurasının üzvü Anar Orucov, din xadimləri, dini icma sədrləri iştirak ediblər.
***
Şəki şəhərində keçirilən tədbirə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov və din xadimləri qatılıblar.

Çıxışlar zamanı Ramazan ayı boyunca QMİ-nin Ramazan ayı ilə bağlı fətvasına və qanunvericiliyin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb, azanların QMİ-nin təqviminə uyğun verilməsinin zəruriliyi qeyd edilib. Eyni zamanda, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərdən istifadənin yolverilməziyi diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.