Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.10.2021 / Xəbərlər

Qusarda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Oktyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin və Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.  

Pandemiya qaydalarına uyğun təşkil olunmuş tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, şöbənin əməkdaşları, Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icmasının sədri Fəryaddin Rəhimxanov, icma üzvləri, din xadimləri, ziyalılar, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Çıxış edən natiqlər mövzunun əhəmiyyətindən danışıblar. Eyni zamanda, milli-mənəvi dəyərlərimizin rolundan bəhs ediblər.