Qusarda "Sülh və birgəyaşayışın əsas şərtləri" mövzusunda seminar keçirilib
Sentyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzi, Qusar Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin rayon üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində "Sülh və birgəyaşayışın əsas şərtləri" mövzusunda seminar keçirilib.
Seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Qusar RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Telman Kazımov, QMİ-nin səlahiyyətli nümayəndəsi Fəryaddin Rehimxanov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Azərbaycan dövlətinin ölkədə multikultural mühitin qorunub saxlanılması sahəsində çox ciddi işlər apardığını qeyd ediblər. Bildirilib ki, sülh və birgəyaşayışın Azərbaycan modeli Avropanın müxtəlif ölkələrinin təhsil ocaqlarında tədris olunur.
Sonda tədbir iştirakçılarına DQİDK-nın sifarişi ilə nəşr edilən kitablar paylanılıb.

