Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.03.2022 / Xəbərlər

Qusarda multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki önəmi müzakirə olunub

Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Qusar Rayon İcra Hakimiyyəti (RİH), İnsan Hüquqları üzrə Müvəkkilin Quba Regional Mərkəzi və Qusar rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki önəmi” adlı seminar keçirilib.

Seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev, Qusar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Rixard Qədimov, Qusar rayon Mərkəzi Kitabxanasının direktoru Zahir Mustafayev, dini icma sədrləri, din xadimləri və ziyalılar iştirak ediblər.

Çıxışlarda Azərbaycanda mövcud olan tolerantlıq və multikultural dəyərlər barədə ətraflı məlumat verilib. Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki önəmindən bəhs olunub. Vurğulanıb ki, bu sahədə ölkəmiz dünyaya bir nümunədir.

Sonda iştirakçıların sualları cavablandırılıb.