Qubadakı hərbi hissədə "Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib
Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Daxili Qoşunların Qubada yerləşən hərbi hissəsində “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, hərbi hissə komandirinin birinci müavini polkovnik-leytenanat Ayaz Həsənov və şəxsi heyət iştirak edib.
Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə məlumat verilib. Bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyini qeyd edərək, Azərbaycan xalqının zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.
Tədbirdə DQİDK-nın sifarişi ilə ərsəyə gələn “Vətən naminə” sənədli filmi nümayiş etdirilib, mövzu üzrə sullar cavablandırılıb.


