Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.08.2024 / Xəbərlər

Qubada “Milli dövlətçiliyin möhkəmləndirilməsi:azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Avqustun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsi, Quba Rayon İcra Hakimiyyəti (RİH), Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Milli dövlətçiliyin möhkəmləndirilməsi: azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda dəyirmi masa formatında seminar  keçirilib.

Seminarda müvafiq qurumların əməkdaşları, Quba şəhərinin bir qrup aktiv gənci, könüllülər iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, mənəvi dəyərlər tarixin müxtəlif dönəmlərində insanların mənəvi, əxlaqi normaları və baxışlarının nəticəsi olaraq ortaya çıxıb. Bir xalqın varlığı və milli kimliyinin qorunması onun mənəvi dəyərlərinə münasibəti ilə sıx bağlıdır. Mənəvi dəyərlərimiz bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərib, milli birliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynayıb. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş azərbaycançılıq ideologiyası nəinki ölkəmizdə yaşayan müxtəlif xalq və etnosların, dini konfessiyaların, həm də dünyada yaşayan bütün həmvətənlərimizin - Azərbaycana bağlı olan hər kəsin bir yumruq kimi birləşməsinə səbəb olub.

Maarifləndirmə tədbirində Azərbaycan xalqının milli-mənəvi dəyərləri, tarixi, mədəniyyəti haqqında fikirlər səsləndirilib, müzakirələr aparılıb.