Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.11.2021 / Xəbərlər

Qubada gender əsaslı zorakılıqla mübarizəyə həsr olunmuş tədbir keçirilib

Noyabrın 25-də Quba Dövlət Sosial İqtisadi Kollecinin akt zalında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzi, Quba Regional ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi və Quba Dövlət Sosial İqtisadi Kolleci birgə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir təşkil edib.

Tədbirdə təşkilatçı qurumların rəhbər və nümayəndələri, kollecin müəllim və tələbələri iştirak edib.

Çıxış edənlər 25 noyabr – 10 dekabr tarixlərini əhatə edən 16 günlük “Gender əsaslı zorakılıqla mübarizə” devizli kampaniya barədə ətraflı məlumat verməklə yanaşı, ölkəmiz və dünya dövlətlərində bu sahədə aparılan işlərdən danışıblar. Qeyd olunub ki, Azərbaycan dövləti qadın və qızların hüquqlarının müdafiəsində, onların müxtəlif sahələrdə və vəzifələrdə irəli çəkilməsində atdığı addımlara görə lider dövlətlərdən biridir.

Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu üzrə müzakirələr aparılıb.