Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.08.2022 / Xəbərlər

Qubada “Dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmi” mövzusunda tədbir keçirilib

Avqustun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Şimal Regional Mərkəzi və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmi” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, din xadimləri, ağsaqqallar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmindən bəhs olunub. Bildirilib ki, Azərbaycan tolerant ölkədir və respublikamızda müxtəlif  dini konfessiyalar fəaliyyət göstərir. Eyni zamanda, multikulturalizmin dövlət siyasəti və xalqımızın həyat tərzi olduğu da diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.