Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.02.2022 / Xəbərlər

Qubada “Dini radikalizmlə mübarizədə gənclərin rolu” adlı seminar keçirilib

Fevralın 10-da Qubadakı Heydər Əliyev Mərkəzində “Dini radikalizmlə mübarizədə gənclərin rolu” adlı seminar keçirilib.

Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, şöbənin əməkdaşları, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Anar Məmmədov, rayon Gənclər və İdman İdaərsinin rəisi Mustafa  Nöhbalayev, Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Anar Eyyubov və rayonun fəal gəncləri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Dini radikalizm anlayışı, dini radikalizmin yaranmasının səbəbləri və onun ağır fəsadları, dini radikalizmdən qorunmağın yolları haqqında məlumat verilib. Bildirilib ki, dini radikalizmlə mübarizə çərçivəsində DQİDK tərəfindən digər müaviq qurumlarla birgə ardıcıl iş aparılır.

Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu üzrə müzakirələr aparılıb və DQİDK tərəfindən nəşr edilən müvafiq ədəbiyyat gənclərə hədiyyə edilib.