Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.09.2021 / Xəbərlər

Qobustanda “Zəfərə aparan yol: milli və dini həmrəyik” mövzusunda onlayn seminar keçirilib

Sentyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, Qobustan Rayon Təhsil Şöbəsi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol: milli və dini həmrəyik” mövzusunda onlayn seminar keçirilib.

Seminarda təşkilatçı qurumların əməkdaşları, şəhid ailələri, qazilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşayan azsaylı xalqların, dini konfessiyaların torpaqlarımızın düşmənin işğalından azad olunması uğrunda birgə mübarizəsi Azərbaycan xalqının öz multikultural və tolerant yaşam tərzini bir daha dünyaya nümayiş etdirdi.