Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.11.2021 / Xəbərlər

Qobustanda Zəfər Gününə həsr olunmuş konfrans keçirilib

Noyabrın 2-də Dini Qurumlarla İş  üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, Qobustan rayon İcra Hakimiyyəti (RİH), o cümlədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin birgə  təşkilatçılığı ilə “8 noyabr Zəfər Günü - siyasi iradə, güclü ordu, milli birlik və yüksək mənəviyyatın təntənəsi” mövzusunda konfrans keçirilib.

Konfransda DQİDK-nın Şamaxı bölgəsi üzrə  şöbəsinin əməkdaşı Nahid Babaşov,  Qobustan RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon bölməsinin rəisi İxtiyar Əhmədov, Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov, Qobustan Gənclər Evinin direktoru Anar İrzaquliyev, müharibə iştirakçıları, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qazandığı tarixi Qələbə müstəqil Azərbaycan dövlətinin hərb tarixinə qızıl hərflərlə həkk olunub. Qeyd edilib ki, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz bu gün bizi Qarabağa qovuşdurdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda törədilən terror aktları zamanı həlak olan günahsız vətəndaşlarımızın qisasını döyüş meydanında aldı və işğalçı Ermənistana layiq olduğu yeri göstərdi.