Qobustanda “Vətənpərvərlik, nümunəsi: şəhidlik və qazilik” mövzusunda seminar keçirilib
Oktyabrın 7-də Qobustanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Vətənpərvərlik, nümunəsi: şəhidlik və qazilik” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Nahid Babaşov, Qobustan RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Qobustan Rayon Təhsil şöbəsinin müdiri Tahir Səbzaliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon bölməsinin rəis müavini Samir Əzizov, Gənclər və İdman İdarəsinin rəis müavini Vüqar Mürsəlov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı zəfər tariximizin ən yeni səhifəsi olan Vətən müharibəsində şəhidlərimizin qanı bahasına qazandığımız şanlı qələbədən, Ali Baş Komandanımızın ətrafında sıx birləşən xalqımızın milli birliyindən danışılıb.