Qobustanda “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusu müzakirə olunub
Sentyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda onlayn tadbir keçirilib.
Tədbirdə Qobustan RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Nahid Babaşov, Heydər Əliyev Mərkəzinin direktoru Cahangir Ağaməmmədov, Qobustan şəhər “Heydər” məscidi dini icmasının sədri Çingiz Babaşov, məktəb direktorları və fəal gənclər iştirak ediblər.
Çıxışlar zamanı erkən nikahın səbəblərindən və doğurduğu mənfi fəsadlardan geniş şəkildə bəhs olunub. Bu cür halların baş verməməsi üçün rayon ictimaiyyəti qarşısında duran əsas vəzifələr vurğulanaraq gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinin erkən nikah kimi arzuolunmaz hallara qarşı ən yaxşı mübarizə üsulu olduğu qeyd olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
