Qobustan rayonunda maarifləndirmə tədbiri keçirilib
Martın 29-da Qobustan şəhər Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyev adına 2 saylı tam məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Nahid Babaşov, rayon Təhsil Şöbəsinin məsul əməkdaşı Mahir Soltanov, Qobustan şəhər 2 saylı məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub, qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri izah edilib. Eyni zamanda, bu cür halların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



