Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.10.2021 / Xəbərlər

Qəbələdə multikulturalizm mövzusu müzakirə edilib

Oktyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Xalqımızın tolerantlıq ənənələrinin və multikultiralizm siyasətinin milli həmrəliyimizin möhkəmlənməsindəki önəmi” mövzusunda onlayn konfrans keçirilib. Qəbələ rayonunda keçirilən konfransda DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov, din xadimləri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkandır. Ölkəmiz əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. Multikulturalizm və tolerantlıq milli kimliyindən, dilindən və dinindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.