Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.09.2022 / Xəbərlər

Qəbələdə “Azərbaycan qadınının tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında rolu” mövzusunda ikigünlük seminar keçirilib

“Azərbaycan qadınının tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında rolu” mövzusunda seminarlar davam edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən keçirilən seminarların məqsədi dini maarifçilik işinin həyata keçirilməsində dini radikalizm və xurafatla mübarizə, o cümlədən milli-mənəvi və tolerant dəyərlərin təbliğində qadınların fəal iştirakına dəstək vermək, bu sahədə onları istiqamətləndirməkdir.

Növbəti seminar 15-16 sentyabr tarixlərində fəal qadınlar, təhsil işçiləri, psixoloqlar, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Qəbələ rayonunda keçirilib. İştirakçılar əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini yad ediblər.

Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova qadınların cəmiyyətin inkişaf prosesində tam iştirak etməsi üçün təhsilli və savadlı olmasının zəruriliyi , eyni zamanda qızların təhsildən yayınmasının acı nəticələri, İslamda qadının təhsilli olmasına verilən önəm barədə danışıb.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafının faydası ilə yanaşı, sosial şəbəkə platformalarından düzgün şəkildə istifadə olunmadıqda ortaya çıxa biləcək təhlükələrə diqqət çəkib.

DQİDK əməkdaşı Aysel Abdullayeva isə seminar iştirakçılarını xurafat və onun törətdiyi fəsadlar barədə məlumatlandırıb.

İnteraktiv diskussiyaların aparıldığı seminarların sonunda iştirakçılara DQİDK tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında çəkilən “Ailə dəyərləri” adlı sənədli film nümayiş olunub.