Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.09.2021 / Xəbərlər

Qaxda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu ” mövzusu müzakirə olunub

Sentyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayonunda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda onlayn seminar keçirilib.

Tədbirdə DQİDK-nin Zaqatala bölgəsi üzrə şöbənin baş məsləhətçisi Tərlan Nəzərov, rayon Gənclər və İdman idarəsinin rəis müavini Elvin Həsilov,  C.Cabbarlı adına Mərkəzi Kitabxananın müdiri Güllü Əhmədova, rayon Gənclərin İnkişaf və Kariyera Mərkəzinin direktoru Elmir Həşimli, gənclər və dini icma sədrləri iştirak ediblər.

Çıxışlar zamanı milli birliyimizi möhkəmləndirən mənəvi dəyərlərin Vətən müharibəsindəki rolu vurğulanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanılan əks-hücum əməliyyatı nəticəsində azad edilmiş Qarabağ torpaqlarımızda mövcud olan tarixi-dini abidələrimizə qarşı erməni vandallarının törətdiyi fəsadlar, məscidlərimizə, dini abidələrimizə qarşı edilən vəhşiliklər tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, xalqımızda ruh yüksəkliyi formalaşdıran milli-mənəvi dəyərlərimiz qələbəmizi şərtləndirən amillərdən biri olub.