Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.10.2021 / Xəbərlər

Qaxda “Uşaq hüquqlarına əməl edək və erkən nikaha “Yox” deyək” mövzusu müzakirə edilib

Oktyabrın 21-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayonunda “Uşaq hüquqlarına əməl edək və  erkən nikaha “Yox” deyək” adlı seminar-müşavirə keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax rayon Təhsil şöbəsinin  əməkdaşı Leyla Rzayeva,  Qax Rayon Mərkəzi Kitabxanasının nümayəndəsi Rüxsarə Babayeva, dini icma sədrləri, gənclər və müəllimlər iştirak edib.

Çıxışlar zamanı uşaq hüquqlarının qorunmasında vətəndaşların qarşısında duran hüquqi və mənəvi öhdəliklərdən bəhs edilib, erkən nikahın fəsadları tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Uşaqların xoşbəxt, firavan, zorakılığa və ya istismara məruz qalmadan,  yüksək mənəvi-əxlaqi keyfiyyətlərə sahib bir fərd kimi formalaşmasında onlara göstərilən diqqət və qayğının önəmi vurğulanıb. 20 noyabr 1989-cu il tarixində Uşaq hüquqlarının qorunmasına dair BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “Uşaq Hüquqları Konvensiyası”, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin 24 avqust 1998-ci il tarixli Fərmanına əsasən təsdiq edilmiş “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri haqda və son dövrlərdə bu sahədə aparılan işlər barədə məlumat verilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.