Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.03.2022 / Xəbərlər

Qaxda maarifləndirmə tədbiri keçirilib

Martın 10-da Qax şəhər T.İsmayılov adına 5 saylı tam orta məktəbində “Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi  aspektləri” adlı seminar-müşavirə keçirilib.

Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Qax rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elvin Həsilov, rayon Gənclərin İnkişaf və Kariyera Mərkəzinin direktoru Elmir Həşimli, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyətindən danışılıb, uşaqların humanist, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin önəmi vurğulanıb. Eyni zamanda, dövlətimizin milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində atdığı addımlardan bəhs edilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, DQİDK tərəfindən nəşr olunmuş maarifləndirici ədəbiyyat şagirdlərə paylanılıb.