Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.02.2022 / Xəbərlər

Qaxda maarifləndirmə tədbiri keçirilib

Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm  siyasətinin  milli həmrəyliyimizi möhkəmləndirməsindəki önəmi” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Mahir Əfəndiyev, rayon Gənclərin İnkişaf və Kariyera Mərkəzinin direktoru Elmir Həşimli, gənclər və mədəniyyət işçiləri iştirak ediblər.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən bəhs olunub. Milli birliyimizi möhkəmləndirən tolerantlıq ənənələrinin və multikultural dəyərlərin yaşanmasının, eləcə də milli-mənəvi dəyərlərin qorunmasının önəmi vurğulanıb. Azərbaycanın torpaqlarını azad etmə uğrunda xalqımızın apardığı mübarizənin tolerantlıq ənənələrinin və multikultural dəyərlərin formalaşdırdığı milli birliyimizin simvolu olması tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. DQİDK tərəfindən nəşr olunmuş maarifləndirici ədəbiyyat tədbir iştirakçılarına paylanılıb.