Qaxda “Dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmi” mövzusu müzakirə olunub
Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayon Heydər Əliyev Mərkəzində “Dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova, din xadimləri, rayon ziyalıları və gənclər iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmindən bəhs olunub. Həmçinin Azərbaycanda mövcud olan teolerantlıq mühiti barədə geniş məumat verilib.
Sonda fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
