Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.08.2022 / Xəbərlər

Qaxda “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusu müzakirə olunub

Avqust ayının 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayon “Mərkəzi Cümə” məscidində “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Qafqaz Müsəlmanları İdarəsinin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda mövzunun aktuallığından bəhs olunub. Bildirilib ki, dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdiddir. Natiqlər eyni zamanda dini radikalizm və ekstremizmlə mübarizədə maarifləndirmənin əhəmiyyətini vurğulayıblar.

Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.