Qax Peşə Liseyində “Məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə” mövzusu müzakirə edilib
Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı çərçivəsində iyunun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax Peşə Liseyində “Məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə DQİDK-nin əməkdaşı Tərlan Nəzərov, Qax Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nəsimi Razıyev, Qeydiyyat şöbəsinin rəisi Kəmalə Şükürova, Liseyin nümayəndəsi Şəhla Qadaşova, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub, ailə dəyərlərinin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının qurunmasının dövlətin prioritet istiqamətlərindən olduğu qeyd edilib. Cəmiyyətdə yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğinin önəmi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Seminar diskussiya şəkilində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.


