Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.04.2022 / Xəbərlər

Qadın və yeniyetmə məhkumlar üçün seminar-treninqlər keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti arasında 2022-ci il üçün təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Komitə əməkdaşlarının məhkumlarla növbəti görüşü qadın və yeniyetmə məhkumlar üçün yeni inşa edilmiş 4 saylı cəzaçəkmə 
müəssisində və Tərbiyə müəssisəsində keçirilib.
“Dünyəvi dövlət sistemində dinin yeri və rolu” mövzusunda keçirilmiş görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı, Komitənin və Penitensiar xidmətin məsul əməkdaşları iştirak ediblər.
Seminar-treninqlərdə məhkumlarla geniş diskussiya aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda D
ini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə nəşr edilən  müxtəlif adda kitablar  müəssisələrə hədiyyə edilib.