Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.04.2022 / Xəbərlər

Prezident İlham Əliyev: “Yeni məscidin inşası yaxın aylarda başlanacaq”

"İndi isə biz Şuşaya qayıtmışıq, biz Şuşanın sahibləri qayıtmışıq və əbədi orada yaşayacağıq. Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşı, əlbəttə ki, çox önəmlidir və hesab edirəm ki, prioritet olmalıdır". Bu fikirləri Prezident İlham Əliyev bu  ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı bildirib.

"Tarixi abidələr bərpa edilir, Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq. Artıq yer müəyyən olundu, biz onun təməlini qoyduq",-deyə Azərbaycan Prezidenti əlavə edib.

Dövlət başçısı onu da vurğulayıb ki, indi digər tarixi abidələrin bərpası gedir. 

 

(Prezident.az)