Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.01.2022 / Xəbərlər

Prezident İlham Əliyev Səyyad Salahlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Səyyad Adil oğlu Salahlı “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 yanvar 2022-ci il