Oğuzda “Uşaq hüquqlarının qorunmasında hüquqi və mənəvi öhdəliklərimiz” mövzusunda onlayn seminar keçirilib
Noyabrın 22-si Oğuzda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Oğuz rayonu Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqlarının qorunmasında hüquqi və mənəvi öhdəliklərimiz” mövzusunda onlayn seminar keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Samir Salehov və rayonun fəal gəncləri iştirak ediblər.
Çıxışlar zamanı bu kimi maarifləndirici tədbirlərin zəruriliyi qeyd edilib və ölkəmizdə uşaqların hüquqlarının qorunduğu, bu sahədə mühüm işlər görüldüyü diqqətə çatdırılıb. Natiqlər məktəblilərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçun şəraitin yaradıldığını vurğulayıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.